Kitabın əvvəlində bir müsəlmanın ən mühüm xüsusiyyətinin müsəlmanlıq olduğunu və özünü başqa bir dünyəvi meyara görə təyin edə bilməyəcəyini söyləmişdik. “Müsəlman” Allah`ın iman edənlərə verdiyi addır (Həcc surəsi, 78) və bir insan üçün bu adı daşımaq böyük şərəfdir. Buna görə də müsəlmanlığının şüurunda olan insan başqa bəzi xüsusiyyətlərə əsaslanıb formalaşmağa çalışmaz. İnsanın soyu, tayfası, ictimai mövqeyi, dili, rəngi, çevrəsi və s. Allah qatında və iman edənlərin gözündə əhəmiyyət daşımaz. Bir ayədə bu mövzu belə açıqlanır:
Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allah`dan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hucurat surəsi, 13)
Bunu dərk edən bir mömin  yaşadığı bəzi dünyəvi şərtlərə görə davranış və xüsusiyyətini dəyişdirməz.  Məsələn, böyük maddi qazanc əldə etdiyində lovğalanmaz və ya kasıb olduğunda  yazıq görkəmi almaz. Quranda bununla əlaqədar nümunələr verilmişdir və hz.  Süleymanın böyük maddi gücə çatmasına baxmayaraq, təvazösünü və Allah`a olan  təslimiyyətini qoruduğu izah edilmişdir. Buna qarşı, müsəlmanlardan fərqli  olaraq bəsit və  zəif şəxslər hər mühit  və şərtə görə dəyişirlər. 
                 
                 Özünə mülk verildinə  görə lovğalanan Qarun və ya ən kiçik  bir  ziyana görə çaxnaşmaya düşüb  ümidsizliyə  qapılan digər inkarçılar “İnsana bir nemət   verdiyimiz zaman üz çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə  məyus olar! (İsra surəsi, 83)” ayəsində təsvir edilən mənfi davranışın  nümunələridir.
  
                 İnkar edənlərin xüsusiyyətinə  çevrilən bu şəxsiyyətsizlik adamlıq dinində bir şəxsiyyət qazanmaq səyi kimi ortaya  çıxır. Çünki adamlıq dini adam olmaq, yəni cəmiyyətdə mövqe əldə etmək dinidir.  Adamlıq dininin mənsubları da müsəlmanlıq kimi gerçək, sabit və dəyişməz bir  şəxsiyyətə sahib olmadıqları üçün özlərinə fərqli dünyəvi xüsusiyyətləri şəxsiyyət  olaraq götürürlər.
  
                 Bu xüsusiyyətlərin ən  diqqəti cəlb edənləri peşələrdir. Adamlıq dininin mənsubları sahib olduqları  peşələrə  uyğun xüsusiyyət formalaşdırırlar.  Əlbəttə, müsəlmanların da müəyyən peşələri vardır, lakin Allah`a səmimi  şəkildə iman edən bu insanların xüsusiyyətlərini  iş yerləri, mövqeləri kimi xüsuslar təyin etmir. Müsəlmanlar o peşənin  gətirdiyi xüsusi əhvala girməzlər, həmişəki etidallı davranışlarını tərk  etməzlər.
  
                 Adamlıq dinində hər kəs  gördüyü iş, sahib olduğu peşə qədər qiymətlidir. Qazandığı pul qədər  etibarlıdır. Bu səbəblə, bir adamla tanış olduqdan sonra  on dəqiqə ərzində mövzu dəyişir, ya onun və  ya da atasının işinə gəlir. Çünki bunu öyrənmək qarşı tərəfin  dəyərləndirilməsi  baxımından çox  əhəmiyyətlidir. Bir şəxsi adam yerinə qoyub-qoymamağın ölçüsü karyerası və ya  işindəki qazancı, ya da mövqeyidir. Müxtəlif peşəyə sahib olan insanlar bir  yerə yığışdığında  hər kəs öz peşəsini ən  yaxşı, ən etibarlı peşə olaraq önə sürməyə, digərlərinin isə o qədər də  əhəmiyyətli olmadığını göstərməyə çalışır. 
                 Adamlıq dinində hər  peşənin özünə məxsus fərqli psixologiyaları vardır. Əgər bu peşə yüksək təhsil  tələb edirsə, bu peşəyə aid əhval və psixologiya həmin şəxsə universitetə  girdiyindən etibarən, istər müəllimləri,   istərsə də tələbələr tərəfindən təlqin edilməyə başlanır.
  
                 Məsələn, həkimlər tibb  fakültəsinə daxil olduqlarından etibarən, hər kəsin həyatının və sağlamlığının  özlərinə bağlı olduğu və etdiklərinin ən müqəddəs iş olduğu təlqinlərilə  formalaşır və bu psixologiyanı ömürlərinin sonuna qədər daşıyırlar. Əlbəttə,  bir həkimin xəstə birini  yaxşılaşdırması  və ya həyati təhlükəsi olan bir şəxsi qurtarması üçün göstərdiyi səy gözəl və  təqdir edilən davranışdır. Ancaq adamlıq dinini yaşayan insanlar yanlış şəkildə  xəstəni özlərinin sağaltdıqlarını düşünürlər. Halbuki, şəfanı verən uca Allah`dır.  Həkim, dərman, müalicə isə yalnız bir  vasitədir. Digər tərəfdən əczaçılar da buna bənzər  psixologiyaya malikdir. Hüquq fakültəsini  bitirənlər özlərini ədalətin əsas dirəkləri, insanların ən ağıllıları, ən  ayıqları, mühakimə qabiliyyətləri ən güclü, hadisələri ən doğru qavrayıb həll  edə bilən kəslər bilirlər. Mühəndislər isə gündəlik həyatda qarşılaşdığımız hər  şeyin öz peşələrinin məhsulu, ya da əsəri olduğunun düşünüb öz yerlərinin çox  əhəmiyyətli olduğu qənaətindədirlər. 
  
                 Ticarət və sərbəst  peşələrlə məşğul olanlar da özlərini ictimai və iqtisadi həyatın dirəyi olaraq  görürlər. Bunlardan hər biri öz peşəsinin olmadığı təqdirdə, insanların gücsüz  vəziyyətdə qalacağını, hətta həyatlarını belə davam etdirə bilməyəcəklərini və  özlərinin əhəmiyyətli insanlar olduqlarını hər fürsətdə dilə gətirirlər. 
  
                 Bu insanlar  şəxsiyyətlərini peşələrinin təlqin etdiyi   sözdə müqəddəslik, müstəsnalıq, həmçinin fərqlilik duyğusunun gətirdiyi  qürur, eqoizm, özündən razılıq kimi psixologiyalar üzərinə qururlar. Buna görə  də adamlıq dininə mənsub olan insan öz peşəsi haqqında son dərəcə həssas olur.  Peşəsinə qarşı deyilən hər sözü özünə qarşı deyilmiş kimi qəbul edir  və peşəsini sanki namusu kimi müdafiə edir. 
  
                 Yüksək təhsil tələb  etməyən, daha çox fiziki xüsusiyyətlərə və ya təcrübəyə, yaxud da atadan qalma  bilgi və bacarığa əsaslanan işlərin də adamlıq dinində özlərinə aid fərqli  psixologiyaları vardır. Bu işlərə girməyin və sonrasının, bunlara aid atelye,  dükan, mağaza, büro kimi iş yerlərinin hamısının adamlıq dini tərəfindən təyin  olunmuş özlərinə xas fərqli psixologiyaları və dəyər mühakimələri vardır. Belə  işlərdə işləyənlərin təkəbbür və qürurları digərlərinə görə daha çox tərslik,  tündxasiyyətlilik, əsəbilik,   çoxbilmişlik və bənzəri şəkillərdə özünü göstərir. 
  
                 Adamlıq dininin iş  əxlaqı hələ iş axtarışına başlayarkən özünü göstərir. İş axtararkən ən mühüm,  hətta yeganə meyar o işin qazandırdığı puldur. Nəyə, hansı inanc və düşüncəyə  və ya kimə xidmət edildiyi, görülən işin fayda və zərərləri düşünülməz. 
  
                 Adamlıq dinində  qadınların seçdiyi peşələrdən biri katibəlikdir. İş yerlərində müdirlər çox  vaxt kişi olur və katibəliyə xüsusilə qadın işçi axtarırlar. Burada qadının çox  mühüm rolu vardır. Namizəd iş bacarığı, məlumatı, təcrübəsi və ya zəkasından  çox xarici görünüşü ilə qarşı tərəfə təsir etməyə çalışır.
  
                 Müdirlər iş yerində və  ya şəxsi həyatında özünə həmişə şahid olan işçiləri çox diqqətlə seçirlər. Bu  səbəblə, qadın və ya kişi olsa da,   katibə müdirin görüb-eşitməz işçisidir, lazım olanda  yalan danışmağı bacarmalı, amma müdirinə əsla  yalan danışmamalı, çox sədaqətli olmalıdır. Normal həyatda müəyyən saxtakarlığa  şahid olub susmaq və ya ona ortaq olmaq xoş qarşılanmaz. Ancaq eyni hadisə iş  daxilində  olduğunda, adamlıq dini bunu  iş əxlaqının bir parçası görür. Katibəliyin bu yönü peşəsinin cahiliyyə  cəmiyyətindəki əxlaqi gərəyidir. Heç kim mühakimə etməz. 
  
                 Müdirin iş yoldaşları  ilə, hətta bəzən ailəsinə qarşı olan gizli işlərini görməzlikdən gəlməsilə  müdirin gözünə girib etibarını qazanır. Çöldəki bütün insanlara qarşı müdiri ilə  ortaq davranış və mənfəətdə davranır.   Katibələr çevrəsinə özünü müdirləri ilə göstərirələr. Müdirin iş  səyahətinə getməsi, xarici görüşləri, qazandığı pulu onun üçün həmişə göstəriş  ünsürü olur.
  
                 Marketinq, satış  işi  kimi işlər də   katibəlik kimi görünüşə əsaslanan  işlərdəndir. Müdirlər namizədləri   yığıncaq otağında sorğuya çəkir. Yanlarında sadə zarafatlar edib  reaksiyalarına nəzarət edirlər. Bu zarafatlardan və davranışlardan xoşlanmadığına  dair reaksiya verməməsi o adam üçün müsbət haldır. Bunun kimi, bir çox müxtəlif  şəxslərlə əlaqə qurulan işlərdə  heç bir  söz və hərəkət qarşısında reaksiya verməmək, təsirlənməmək, bu mövzuda diqqətli  olmaq, hətta bundan xoşlandığını ifadə etmək axtarılan şərtlər arasındadır. İşi  bitirən əsnaf xarakteri buna son dərəcə uyğundur. Bu da satış işinin əxlaqi  gərəyidir. Laqeydlik, şəxsiyyətsizlik kimi   xüsusiyyətlər adamlıq dininin iş əxlaqının bir parçasıdır. Möminlərdə  isə bu əxlaqın əksinə, təmkin, izzət, şərəf, nəciblik kimi üstün əxlaq  xüsusiyyətləri olur. 
  
                 Adamlıq dinində iş  yerində göstərilməsi gərəkən davranış   tamah duyğusunu meydana gətirir. Pul qazanma həvəsi, lider olma və  şöhrət həvəsi cəmiyyətdə təqdirlə qarşılanır. Bu səbəblə, iş yerlərində böyük  ölçüdə materialist hava hakimdir. Bütün hərəkət və davranışlar, bütün  danışıqlar pul və mövqe əldə etməyə yönəlir. İşləyənlərin vəzifələri, yerləri  müəyyəndir. Hər kəs öz mövqeyinin qəlibinə girir. Çox məşğulmuş kimi davranır.  Əsəbi hərəkətlər, gərginlik ümumi davranış olaraq işləyənlərin bir çoxuna  hakimdir. 
  
                 Adamlıq dinində müdir iş  yerinin sahibi, maaşları verən və  ya  yönləndirən adam olmağın verdiyi rahatlıqla   istədiyi kimi danışa bilər, qışqıra bilər, təhqir edə bilər,  qarşısındakı insanı  alçalda bilər. Necə  də olsa, pulu ödəyən özüdür. Özünün idarəsindəki işçilərə başqalarına  göstərdiyi hörməti göstərmək məcburiyyətində deyil. Buna baxmayaraq, özünə  qarşı həddindən artıq bir hörmət gözləyir. Əmrindəkilər etdiyi hər şeyə dözmək  məcburiyyətindədirlər. Müdir-işçi əlaqəsində bir növ kölə məntiqi vardır. Müdir  maaşını ödədiyi hər kəsə qarşı istədiyi kimi davranacağını və xitab edə  biləcəyini düşünür. 
  
                 Ofisdəki adi  danışıqlarda belə iş sözlərindən istifadə edilir. İngiliscə bilən öz peşəsilə  əlaqədar olan termin və sözlərdən yerli-yersiz, qarşısındakı anlamasa belə,  lovğalanmaq üçün tez-tez istifadə edir. Telefonu tutmaq tərzləri vardır.  İşçilər bir-birini bəyənməzlər, digərinin işinə düzəliş verib çox bildiyini  göstərərlər. Ofisdə çoxlu dedi-qodu edirlər. Köhnə işçilər bir-birlərinin hər  cür saxtakarlığını bilirlər, amma öz etdiklərinin də ortaya çıxmasından  qorxduqları üçün bunları aşkara çıxarmazlar.
  
                 Yeni gələnin hamı üstünə  gedir, onunla naşı kimi davranıb davamlı səhvini tuturlar. On beş günlük olan,  bir günlük olana hakimlik etməyə çalışır. Köhnə olanlar yeni gələnə tez-tez  lazımlı-lazımsız mövzularda ağıl verib hər mövzuda üstünlük hiss etdirməyə  çalışırlar. Bəzən iş yerinin müəssələri arasında çəkişmələr olur. “Bu işi həll  etdim” havasına girib iş görən olduğunu göstərməyə çalışırlar. 
  
                 Dükan, mağaza kimi iş  yerlərində hakim olan psixologiya çox da fərqli deyil. Satıcılar heç biri  özlərinə aid olmadığı halda, bütün malların, dükanın sahibi kimi hərəkət edirlər.  Bu, hər kəsin alıcı, özünün isə satıcı olmasının verdiyi əhvaldan qaynaqlanır.  İşçi orada yalnız satıcı  olduğu üçün  sıxılır. Müştərinin maddi vəziyyətinin yaxşı olmadığını gördükdə laqeyd və  soyuq davranır, davamlı əsəbi hərəkətlər edir. Birinci nəzakətli olmağa çalışır,  amma müştərinin almadığını və ya ala bilmədiyini hiss etdikdə  kobud davranmağa başlayır, üzünə baxmaz,  üzünü yanındakı yoldaşlarına çevirər və ya çölə tamaşa edər. Tərs cavablar  verər. Müştəriyə onun vaxtını alırmış kimi davranar. Ümumiyyətlə, belə iş  yerlərində vaxt boş və mənasız söhbətlərlə, vitrin şüşələrindən çölə baxmaqla  və güzgüdə özünə tamaşa etməklə keçir.
  
                 Rəsmi idarələrdə  isə  daha   formalaşmış əhval-ruhiyyə vardır. Belə yerlərdəki əsəbi və gərgin mühit  artıq hər kəs tərəfindən qəbul edilmişdir. İşçilərin böyük qismi özlərini  qürurlu aparırlar. Sözləri təkcə işlədikləri sahədə keçir. Bu səbəblə, işi  düşdüyü üçün oraya gələn insanlara qarşı sərt və hətta hakim bir üslubdan  istifadə edirlər. Yanlarında tez-tez dolub-boşalan çay stəkanları, siqaret  tüstüsü, işçilərin aralarında danışdıqları dolanışıq çətinliyi, ailəvi  məsələlər, bazar söhbətlərilə görülən işlər belə yerlərin adi  mənzərələrindəndir. 
                 İşçilər səs tonları və  əsəbi hərəkətləri ilə bezdiklərini hiss etdirirlər. İşini gördürən  işi görəni həmişə yola verməlidir. Tez-tez  sual vermir ki, işi görən bundan sıxılmasın. Sual verəndə də işi görən buna  cavab vermir və dönüb tərs-tərs baxır. Hətta  acı söz də deyir. 
  
                 Ancaq rəsmi idarələrdəki  bütün bu sərt və əsəbi məmur rolları həmin yerlərə gələn kasıb, cahil və ya sadə  görünüşlü insanlara qarşı olur. Adamlıq dininə mənsub məmurlar zəngin, yaxşı  geyimli, yüksək  mövqe sahibi olduğu bəlli  olan kəslərə qarşı qətiyyən belə davranmırlar. Əksinə, bu insanlara qarşı son  dərəcə hörmətlə yanaşırlar. Bu isə həqiqi hörmət deyil. Şəxsiyyətsizlik və bəsitlikdən  qaynaqlanan sadə  hörmətdir. Sözügedən  zəngin insanlara hörmət göstərən məmur böyük ehtimalla onlardan mənfəət də əldə  etmir. Amma mühüm dəyər mühakiməsi olduğuna görə, zənginə qarşı  istər-istəməz  hörmət edirlər. Bu hörmət,  əslində, qısqanclıqla qarışıq bir növ heyranlıq kimi də müəyyən oluna bilər.  Adamlıq dininin bəsit və mənfəətçi xüsusiyyəti burada açıq şəkildə ortaya çıxır. 
  
                 Bütün bu hadisələr və  davranışlar adamlıq dini mənsublarına normal və adi şeylər kimi görünür. Bu,  balığın suyun fərqində olmadığına bənzəyir. Balıq suyun fərqində olmur, çünki  bütün həyatı suyun içində keçir. Adamlıq dini mənsubları da içində olduqları əhvalın,  davranışların nə cür ağılsız və mənasız olduğunun fərqində deyillər. Özlərini Allah`ın  yaratdığını, bu dünyada keçici  müddətdə  imtahanda olduqlarını və nəticədə Rəbbimizə dönüb hesab verəcəklərini düşünmürlər.  Bunları düşünüb, Allah`a şükür edib Onun razılığını axtarmağın əvəzinə, bütün  günlərini və bütün həyatlarını mübahisə və mənfəət hesabları ilə keçirirlər.  İllərlə kiçik bir ofisdə işləyir, maaşlarını artırmağa, yüksəlməyə çalışır, başqaları  haqqında dedi-qodu edir, qısqanclıq sıxınıtıları ilə stress içində yaşayırlar.  Ancaq Allah`ın razılığını nəzərə almadıqları   və axirəti unutduqları üçün bütün bu etdikləri boş və mənasızdır. ²İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar  isə hələ də qəflət içindədirlər və  üz  döndərirlər. (Ənbiya surəsi, 1)² ayəsində bildirildiyi kimi, tam bir qəflət  içindədirlər və Quranda bu insanlar  ²O kəslər ki,   yalana qurşanıb qəflət içində oynayarlar. (Tur surəsi, 12)² şəklində keçir.
  
                 Adamlıq dinində işi  düşəni, pulsuz olanı, çirkin olanı, aşağı mövqedə olanı əzmək ümumi  prinsipdir. Müştəri ilə birbaşa ünsiyyət  qurulan iş yerlərində müştərinin tip və paltarına görə hərəkət edirlər. Müştəri  zəngin görünüşlü olarsa, onunla nəzakətli davranıb diqqət göstərirlər, əks  halda, yuxarıdan baxıb laqeyd davranırlar və başdan edirlər. Dükan və  mağazalarda  da davranışlar buna görə  nizamlanır. 
  
                 Hər peşənin özünə görə  ədəbi və qaydası vardır. Ancaq ortadakı malın  bazar dəyərinə, müştərinin zənginliyinə və ya işin etibarlılığına görə, bu  dəyərlərə bəzən fikir vermirlər və yaxud bunları dəyişdirirlər. Yaraşmayan bir  geyimin yaraşdığını demək, keyfiyyəti aşağı olan məhsulu tərifləyib satmaq,  bahalı  bir şeyin ucuz olduğuna  inandırmaq adamlıq dininin ifadəsilə professionallıq tələb edir. Onsuz da bu  dinin mənsublarına görə iş əxlaqı deyilən şey budur. İş əxlaqı kimi  adlandırılmasının səbəbi Quran əxlaqından fərqli olmasıdır. Bu əxlaq günahın  gizli edilməsini təsdiqləyir. Adamlıq dininin yanlış ölçülərinə görə: 
  
                 - Açıq şəkildə oğurluq  etmək adamlıq dininə ziddir, lakin işi örtülü şəkildə qanuni görünüş altında görüb  özünə haqsız mənfəət götürmək adamlıq dininin qaydasıdır.
  
                 - Açıq rüşvət almaq  qadağandır, amma hədiyyə adı ilə rüşvət almaq olar.
  
                 - Adam öldürmək böyük  cinayətdir, biri ölərkən başını bəlaya soxmamaq üçün səsini çıxarmamaq ağıllı  hərəkətdir.
  
                 - Bir adamın üzünə qarşı  təhqir etmək, söymək ayıbdır, arxasından dedi-qodu etmək normaldır. 
  
                 - Dinsiz olmaq pisdir,  amma çox dindar olmaq da məqbul deyil.
             
Ayrıca,  adamlıq dini öz məntiqi içində batil bir İslam anlayışı da çıxarmışdır. Bu  azğın anlayışa görə, bir şəxsin Qurandan fərqli olaraq öz zamanına, mühitinə və  maraqlarına uyğun gələn müəyyən ibadətləri yerinə yetirməsi məqbuldur. Lakin Allah`ın  təsvir etdiyi həyatı tam yaşamaq, İslamın bütün qaydalarına tabe olmaq həddi  aşmaq kimi görülür və doğru qəbul edilmir.

Kateqoriyalar