11- Adamlıq dinində dost seçmək meyarları
İslam dinində dost seçərkən yeganə ölçü o adamın əxlaqıdır. Adamlıq dinində isə yoldaş seçmə ölçüsü çox fərqlidir. Hər mədəniyyətin özünəməxsus bəzi qaydaları vardır. Məsələn, “intelligent” olan insan özünə dost seçərkən mütləq özünə bənzər birini seçir. Buna görə, birinci onun xarici görünüşə baxır. Təmiz, ütülü, klassik geyimli birisinin əvəzinə boynuna şərf bağlayan, ayağında sport formalı ayaqqabı olan, təmizliyinə diqqət etməyən, gümüş sep taxan, keçi saqqallı biri ilə dostluq etməyi seçir. Çünki adamlıq dinində bu görünüşün müəyyən mənası vardır. Bu, dünyanı əhəmiyyətsiz hesab edən, əxlaqi dəyərlərə əhəmiyyət verməyən, insanlara dəyər verməyən, başqasının onun işlərinə qarışa bilməyəcəyini və kimsəyə qarşı məsul olmadığını düşünən batil həyat düşüncəsidir.
Bir də dost seçərkən qarşısındakının yalnız maddi vəziyyətinə baxan insanlar da var. Belə bir çevrədə qarşıdakı adamdan dost olub-olmadığını anlamaq üçün birinci paltarının qiymətinə baxırlar. Pencəyin, ayaqqabının, çantanın, ətirin, qol saatının, köynəyin, hətta corabın belə markası son dərəcə əhəmiyyətlidir. Bundan sonra, həmin adamın avtomobilinin olub-olmadığını öyrənmək, əgər avtomobili varsa, markasını öyrənmək vacib sayılır. Bunlar ilk addım üçün lazım olan şərtlərdir. İkinci addımda isə bu adamın ailəsi ilə əlaqəli məlumat əldə etmək lazımdır. Atasının peşəsi, hansı məktəbdə oxuduğu, anasının tanışları, getdiyi gözəllik salonu, tətildə səyahət etdikləri ölkələr, bağ evlərinin harada olduğu, evlərinin harda oldugu və s. kimi xüsusiyyətlər dost olub-olmamaq üçün lazım olan məlumatlardır. Əgər qarşıdakı adam bütün bu mərhələlərdən keçərsə, o zaman bu adamın əxlaqı, xarakteri, inanc və düşüncəsi hər nə olursa olsun, heç fərq etmir, mütləq dost ola biləcək insan kateqoriyasına aid olur.
Bütün bu xüsusiyyətlərə sahib olan, ancaq heç bir mövzuda mədəniyyəti olmayan, son dərəcə kobud, mədəniyyətsiz və ya əxlaqı bəyənilməyən insanlar vardır. Ətrafındakılara lağ edir, həmişə öz mənfəətlərini güdürlər. Üzr istəməyi, səhvlərini qəbul etməyi bilmirlər. Mənfəətlərinə zidd olan hallarda asanlıqla yalan danışır, başqalarının problemləri ilə maraqlanmırlar. Başqalarının rahatlığı, xoşbəxtliyi və ya sağlamlığı üçün hər hansı bir çətinliyə qatlaşmır, fədakarlıq etmirlər. Ancaq buna baxmayaraq, onların ətrafında çoxlu insan olur. Əslində, bu insanların əxlaq pozuntularına baxmayaraq, onlara olan diqqətin yeganə səbəbi adamlıq dininə hakim olan yanlış dəyərlərdir.
Buna görə, cahiliyyə cəmiyyətində maddi vəziyyətləri, ictimai mövqesi bir-biri ilə eyni olmayan insanlardan ibarət dostluqlar görmək mümkün deyil. Zənginlər mütləq zənginlərlə, orta səviyyəlilər orta səviyyəli insanlarla, mədənilər mədənilərlə, kasıb olanlar isə özlərinə bənzər insanlarla dostluq edirlər.
Quran əxlaqına görə, dostluq və yoldaşlığın ölçüsü bunlardır: insanın səmimiyyəti, gözəl əxlaqı, Allah sevgisi və qorxusu. Möminlər arasında kimin var-dövlətinin nə qədər olduğunun, kimin hansı məktəbin məzunu olduğunun, kimin hansı peşə sahibi olduğunun, kimin hansı səmtdə yaşadığının heç bir mənası və əhəmiyyəti yoxdur. Çünki möminlərin dostluğu bu dünyəvi dəyərlərin heç bir əhəmiyyətinin olmadığı, əsl yurd olan axirətə görə nizamlanır. Bir möminin digər möminə olan sevgisinin və şəfqətinin əsl qaynağı isə Allah`ın o mömindəki təcəllisi, coşğulu Allah sevgisi və dərin Allah qorxusudur.
Kateqoriyalar