Adamlıq dinindəki ortaq psixologiya və davranış formaları

9- Adamlıq dinində yaşlılıq  psixologiyası

Adamlıq dininin hər yaş kateqoriyası üçün təyin etdiyi hərəkət tərzi vardır. Bunun yazılı mətni və izahı yoxdur. Ancaq insanlar harada yaşayırlarsa yaşasınlar, bunu bilir və bütün  təfərrüatı ilə tətbiq edirlər. Məsələn, 50 və ya 60 yaşa çatdıqda həyat tərzlərini, danışıqlarını, paltarlarını, səs tonlarını, üslublarını adamlıq dininin qaydalarına uyğun şəkildə dəyişməli olduqlarına inanırlar.

Bu dəyişikliyin əsas prinsipi dünya nemətlərindən əl çəkmək, şikayət və pessimizmdir. Bu yaşa gələn insanlar həyatdan şikayət etməyə başlayırlar. “Necəsən?” - sualına bu yaşlarda verilən cavab: “Belə də, bildiyin kimi”, - və ya: “Necə olacam, başım xəstəliklərə qarışıb”, - kimi mənfi cavablardır. Çünki həyatdan zövq almağa haqları olmadığına və bu yaşdan sonra bütün nemətlərdən uzaqlaşmalı olduqlarına dair batil inancları vardır.

Xüsusilə qadınlarda menopauza və kişilərdə andropauza dövrləri adamlıq dininə görə davranışın tamamilə dəyişməli olduğu bir dövrdür. Bu dövrə girmiş insanların çoxu bütün gözəllikləri tərk edir. Bədənlərinə qulluq etmir. Həm xarici görünüşlərinə əhəmiyyət vermir, həm də təmizliklərinə diqqət etmirlər. Tünd rəngli geyimlər geyinir, əsasən, qəhvəyi, boz, qara kimi rəngləri seçirlər.

Qırmızı, narıncı, sarı, yaşıl, çəhrayı kimi rənglərə ehtiyac olmadığını düşünürlər. Halbuki, bu, son dərəcə mənasız qaydadır. İnsanlar Allah`ın yaratdığı rənglərdən hər yaşda istifadə edə bilər və bu nemətdən hər yaşda faydalana bilərlər. Bu yaşlarda bəzilərinin davranışları və üslubları da tamamilə dəyişir. Cismən zəif olmadığı halda, çoxları bu yaşda yavaş-yavaş hərəkət edən, cansız olmalı olduğuna inanır. Bu səbəblə, hərəkətləri donuqlaşır, əslində, çox sürətlə danışa bildiyi halda, xüsusilə, aram-aram danışmağa başlayır. Qısası, sürətli şəkildə izah edəcəyi bir mövzunu ağır danışıqla uzun-uzadı izah edir. Bunu yaşlılığının bir  əlaməti  olaraq hesab edir.

Gəncliyində olduqca enerjili birisi yaşlandıqda birdən sevincini, ümidini, cəldliyini, canlılığını öz iradəsilə itirir. Məsələn, gözəl mənzərənin, gözəl insanın, gözəl mahnının və ya özünə göstərilən gözəl münasibətin sevincini və həyəcanını yaşamır. Əksinə, bu anlarda sevinmək yerinə kədərlənir.

Adamlıq dininin bu batil qaydalarına görə, insanlar bu yaşlardan sonra ölümü gözləməyə başlamalıdır. Bu səbəblə, demək olar ki, 60 yaşı olmuş bütün insanların həyatını ölümü gözləyərək keçirdiyini görərsiniz. Bu yaşdan sonra artıq edəcək bir şey qalmadığı inancı hakim olduğu üçün fəaliyyət tamamilə dayanır. Əlbəttə, bu yaşlar ölümün insana çox yaxınlaşdığı və bu həqiqətin unudulmamalı olduğu dövrdür. Ancaq adamlıq dinini yaşayanlar burada da yanılaraq əxlaqlarını gözəlləşdirib Allah`dan çox qorxaraq və Onu çox sevərək ölümə hazırlıq görmürlər. Əksinə, onların böyük bir ağılsızlıqla etdiyi axirəti də görməzlikdən gəlməklə hər şeydən özünü çəkib vaxt öldürmək kimi adlandırılan, yalnız ölümü gözləyərək keçirilən boş həyatdır.

Son dərəcə ağıllı və bacarıqlı  birisi  yaşlandığından dolayı heç bir şeydən anlamayan, ağır eşidən, ağır düşünən, heç bir şeyi bacara bilməyən adam kimi davranmağa başlayır. Bir çoxları son iyirmi ilini pəncərənin qarşısında oturub çölə tamaşa edir və ya bütün günü televiziya seriallarını izləyir, dünyaya aid bütün gözəlliklərdən əlini üzür. Bunun zərərlərindən biri isə özünü düşünməməyə, hərəkət etməməyə və qabiliyyətlərini işlətməməyə alışdırdıqları üçün zehni fəaliyyətlərinin getdikcə azalması və erkən ağlını itirmələridir. Əlbəttə, belə əxlaqı və həyat tərzini mənimsəyən insanın axirətdəki itkisi daha böyükdür.

Halbuki, doğru olan xəstəliyi olmadığı müddətdə həm cismən, həm də zehnən çalışması, dünyada axirət üçün xeyir işlərə davam etməsidir. Allah bir ayəsində:  “Elə ki azad oldun, qalx (dua et)!  (İnşirah surəsi, 7)” - şəklində əmr edir. Şübhəsiz, Allah`ın əmri hər yaşda olan insanlara aiddir.

Mövzunun ardına keçid >>