8- Qonaqlara münasibət
İnsanın mənəvi dəyərlərini itirməsi nəticəsində yaranan boşluğun yerini dinsizlik sistemi üzərində qurulan adamlıq dini doldurur. İslam əxlaqının olmadığı yerdə mütləq adamlıq dini vardır. Adamlıq dininin olduğu yerdə isə insaniyyət, incə düşüncə, fədakarlıq kimi gözəl əxlaqa aid davranışlar yoxdur.
Bunu adamlıq dini fərdlərinin qonaqlıq dünyagörüşünü nümunə verərək açıqlaya bilərik. Ancaq adamlıq dininin dünyagörüşündən əvvəl İslam əxlaqının qonaqlıq mövzusundakı gözəllikləri izah edək.
Quran əxlaqını yaşayan bir adamın evinə qonaq getdiyinizi düşünək. Sizi qarşılayan şəxs böyük bir sevinclə qarşılayacaq. Çünki İslam əxlaqında qonaq qarşılamaq gözəllik hesab olunur və qonaq hər zaman əl üstündə saxlanır. Bu səbəblə, evə girdiyiniz andan etibarən sizi yeni tanıyan insanlar olsa belə, son dərəcə gülər üzlə, səmimi və xoş münasibətlə qarşılaşırsınız. Sizi qonaq edən şəxsin imkanları məhdud olsa belə, əlindəki bütün imkanları sizin üçün sərf edər. Çünki Allah Quranda qonağa o özü istəmədən ehtiyaclarının qarşılanacağı əxlaqa yiyələnməyi öyrədir. Allah Quranda hz. İbrahimin qonaqlarına qarşı münasibəti ilə İslam əxlaqında qonaqla necə davranmalı olduğumuzu göstərir. Ayələrdə belə buyurulur:
İbrahimin möhtərəm qonaqlarının söhbəti sənə gəlib çatdımı? Onlar yanına gəlib salam verdikdə salamı alıb: “Bunlar tanımadığım kimsələrdir!” – dedi. O, ailəsinin yanına getdi və bir buzov gətirdi. Onu qabaqlarına qoyub: “Bəlkə, yeyəsiniz!” – dedi. (Zariyat surəsi, 24-27)
Ayələrdən göründüyü kimi, hz. İbrahim tanımadığı halda qonaqlarına son dərəcə incə düşüncəli davranmış, onlara hiss etdirmədən, onları utandırmadan onlara qulluq etmişdir.
Ancaq adamlıq dininin hakim olduğu insanlar belə bir vəziyyətdə son dərəcə eqoist olur. Əgər adamlıq dininin təsirində olan birinin evinə qonaqlığa gedirsininzsə, burada hiss edəcəyiniz duyğu əziyyətə salmaq və artıqlıqdır. Çünki cahiliyyə əxlaqında qonaq öz ifadələri ilə desək, artıq bir “boğaz” sayılır. Qarşılıqlı maddi alış-verişi olan insanlar aralarındakı əlaqənin pozulmaması üçün məcbur olaraq bir-birlərini müəyyən zamanlarda qonaq edirlər. Adamlıq dininin qaydalarına görə, bir şəxs digərinin evinə getdikdə sıra mütləq digərinə gəlir. İki-üç dəfə ard-arda bir tərəf digərinə qonaq getmir.
Bu dünyagörüşünə görə, qonağın tezliklə evinə dönməsi gözlənilir. Bir neçə saatdan artıq bu adama dözmürlər. Əgər yeməyə dəvət olunmayıbsa, əsla yemək verilmir. Ən az xərclə qonağı evinə göndərmək istədikləri üçün ən ucuz bir neçə şey ikram edirlər. Evdəkilər, ümumiyyətlə, yeməklərin yaxşılarını özlərinə ayırıb pislərini vermək və bununla da qazanclı çıxmaq təlaşına qapılırlar. Qonaq bir qab yeməkdən çox yemək yesə, ev sahibləri mətbəxdə: “Nə çox yedi, tez getsəydi, rahatlayardıq”, - kimi ifadələrlə qonağın nə qədər mədəniyyətsiz olduğunu danışırlar. Qonağın evdə gəzməsi heç xoş qarşılanmır, nə qədər çox qalırsa-qalsın, qonaq otağından kənara çıxması istənilmir. Otaqdan çölə çıxdıqda evdə narahatlıq meydana gətirdiyi ona hiss etdirilir.
Əgər qonaq uzaqdan gəlmişsə və bir neçə gün qalmalıdırsa, o zaman ev sahiblərinin səbri tükənir. Bir müddətdən sonra qonağın yedikləri, hərəkətləri, istifadə etdiyi paltarlar narahatlıq verməyə başlayır. İçdiyi çayın sayına, neçə qab yemək yediyindən neçə dəfə duş qəbul etdiyinə və nə qədər su işlətdiyinə qədər hər şey hesablanır. Hər hərəkətləri ilə qonağın evdə artıq olduğunu ona hiss etdirirlər. Buna görə də belə evdə rahat şəkildə qalmaq qeyri-mümkündür.
Ancaq, əlbəttə, bunun başqa bir tərəfi vardır. Evdə qonaq olan adam da adamlıq dininin qaydaları çərçivəsində hərəkət edir. O da qonaq olduğu evdən maksimum faydalanmağa çalışır, ətrafındakılara narahatlıq verib-vermədiyini düşünmür. O da başqa cəhətdən düşüncəsizlik edir.
Nəticədə, adamlıq dinində insanlar həm özlərinə, həm də ətraflarındakılara sıxıntılı mühit meydana gətirirlər. Bunun əsas səbəbi isə Qurandan uzaq və çirkin əxlaqlarıdır. İslam dininin insanda meydana gətirdiyi səmimiyyətlə adamlıq dininin cahiliyyə əxlaqı arasındakı ziddiyyət bu nümunədə olduğu kimi, həyatın hər sahəsində özünü açıq şəkildə göstərir. Adamlıq dininin səbəb olduğu düşüncəsiz və eqoist münasibətlərə görə insanların çoxu rahat yaşaya bilmir, sıxılır, etibarlı və çox sevdiyi bir dost tapa bilmir. Ancaq buna baxmayaraq, adamlıq dinini dünyada milyonlarla insan yaşayır. Və bu şəkildə insanlar öz-özlərini çətinliyə salırlar. Bu hal Quranda insanlara belə açıqlanır:
Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! (Yunus surəsi, 44)
Kateqoriyalar