Məktəb dövründə və ya bu dövrdən bir müddət sonra başlayan başqa bir adamlıq dini mədəniyyəti isə eşqbazlıq psixologiyasıdır. Eşqbazlıq dövrü öz mənfəətini güdən və eqoist şəkildə yetişdirilən gənc qız və oğlanların yanlış qadın-kişi münasibəti qurmağa başladıqları və sonrakı mərhələ olan yanlış evlilik anlayışına hazırlaşdıqları dövrdür.
Bir qıza tanış olmağı təklif edən oğlan hərəkətlərini, danışıq üslubunu, bəzi sərt xüsusiyyətlərini, gəzdiyi yerləri və s. bir proqram şəklində qarşı tərəfə təklif etmiş olur. Bu proqramın qarşılıqlı güvənsizliyə əsaslanan və tətbiq olunduğunda hər iki tərəfi də hörmətdən salan tərəfi vardır. Bu əlaqə modeli illərlə insanlar arasında əsas qaydalarını qorumuşdur və yalnız zamanın şərtlərinə görə və gediləsi yer, paltar, üslub və davranış fərqli ilə tətbiq olunur.
Eşqbazlıq dövründə iki tərəfin də əhvalı, düşüncə tərzi, hadisələrə baxışı eyni olur. Onsuz da belə bir dövrün yaşanması üçün birinci şərt bu dövrün tələb etdiyi əhvalda olmaqdır. Normal əhval ilə bu sistemin tələb etdiyi davranışları göstərmək qeyri-mümkündür. Bu xüsusi psixologiya iki tərəfin də yalnız duyğularının hakim olduğu, ağıl və əxlaqi dəyərlərin etibarlı olmadığı mühitdə yaşana bilər.
Birgə olmağa qərar verərkən, əsasən, bunun ətrafa nə qədər nümayiş olacağını düşünürlər. Gəzdiyi adamı insanlar sevməsə də, onu başqalarına rahat göstərmək, getdiyi yerlərdə tək olmamaq xüsusi əhəmiyyət daşıyır. Görüşdüyü birisinin olmaması isə utandırıcı hal sayılır. Hər iki tərəf qarşı tərəfi özünə bağlamaq üçün öz xüsusiyyətlərindən istifadə etməz, dürüst olmazlar. İkinci bir şəxsiyyətə bürünüb onunla hərəkət edərlər.
Tanış olanların bir-birlərilə qarşılaşması, danışması və görüşməyə başlaması həmişə eyni formada reallaşır:
Qız (və ya oğlan) bəyəndiyi adamla tanış olmaq üçün müəyyən mühitlərə üz tutur. Əvvəlcə, dəvət edildiyi yerdə, məktəb və ya bağ evində birisini müəyyənləşdirir. Ona görünmək üçün ətrafında gəzir, gülüşləri ilə diqqəti cəlb etməyə başlayır. Yanına yanaşıb yoldaşları ilə tanış olmağa çalışır. Bunları edərkən bəyəndiyi qıza (və ya oğlana) qarşı özünü hiss etdirməməsi şərtdir, lakin bütün diqqətini ona cəmləyir.
Tanışlıq reallaşdıqdan sonra nəzər yetirdiyi ilk xüsusiyyətləri fiziki görünüşü və zəngin olmasıdır. Avtomobilinin markası, yaşadığı yer, getdiyi bağ evi, oxuduğu məktəb, atasının işi, paltarlarının markası, taxdığı zinət əşyaları ilk tanışlıqda onun haqqında müəyyən fikir oyadır. Bütün bunları beynində dəyərləndib mənfəətini hesablayır və bundan sonra qarşı tərəflə görüş qərarına gəlir.
Tanış olduqdan sonra növbə telefon nömrələrinin alınmasına və bir yerə dəvət etməyə gəlir. Kişi xeylağının birinci dəvət etməsi əhəmiyyətlidir. Gəzinti yerlərində pulu kişi ödəmək məcburiyyətindədir. Qız sabahısı bütün günü telefon zəngini gözləyir və ümumiyyətlə, evdən çıxmaz. Kişi isə xüsusilə çox cəlbedici görünməmək üçün gec zəng edir. Telefonla danışarkən filmlərdən götürdükləri maraqlı hərəkətlər edirlər. Telefonun dəstəyini əllərinə dolayıb ətrafdakı hər şeydən əlaqələrini kəsirlər. Qız istəməsə də, bir az ağır davranmalıdır. Bir müddət ayrı qaldıqlarında romantik davranmağa başlayırlar. Romantik mahnılara qulaq asıb xəyallara dalır, ağlayıb süni depressiyaya düşürlər.
Görüşməyə başladıqdan sonra bütün zövqlər yenidən bir-bir nizamlanır. Qarşı tərəfin zövqünə görə geyinmək, musiqi dinləmək, anlamadığı şeylərdən anlayırmış kimi görünmək, qeydinə qalmaq, qısası, saxtakarlıq dövrü başlayır. Adamlıq dinində bir-birinin razılığını qazanmaq psixologiyası üstün səviyyələrdə yaşanır. Hadisənin ciddiliyi artdıqca qarşılıqlı hədiyyələr alınmağa başlanır və zamanla alınan hədiyyələrin dəyəri artır. Bu vaxt alınan hədiyyələri ailə və yoldaşlarına göstərib qürurlanırlar. Bu hədiyyələrə layiq olacaq qədər bəyənildiklərini ifadə edirlər. İki tərəf də bir-birlərinin ailəsi və çevrəsi haqqında məlumat əldə etməyə çalışır. Ailəsi əgər zəngindirsə, tez bir vaxtda qarşı tərəfə evini göstərmək istəyir. Ailəsi zəngin deyilsə, evindən uzaq tutmağa çalışıb yalan uydururlar. Sahib olmadığı şeylərə sahibmiş kimi, getmədiyi yerlərə getmiş kimi danışırlar. Buna görə, qarşı tərəfin özünə dəyər verəcəyini bildiyi üçün bunu böyük ustalıqla etməyə çalışırlar. Çevrəsini çox göstərmək də bir zənginlik əlamətidir. Tanımadığı insanları tanıyırmış kimi göstərirlər. Danışılan mövzular həmişə müəyyəndir.
Adamlıq dinində hər mövzuda olduğu kimi, qadın-kişi əlaqələrində də Allah`ın razılığını qazanmaq, Allah`ın qoyduğu ölçüləri güdmək üçün səy göstərməzlər. Dindar və Allah`dan qorxan biri kimi tanınmaq bu cahil və çirkin məntiqdə məqbul deyil. Mövzu “hər kəsin inancı özünə“ kimi mənasız ifadələrlə bağlanır.
Görüş dostların yanında lovğalanmaq üçün olduqca əhəmiyyətlidir. Bir kişi nə qədər çox adamla birlikdə görünərsə, o qədər cəlbedici sayılır. Ayrıca, kişinin gözəl qızla görüşməsi də yoldaşlarının qibtə və heyranlığını qazanmaq məqsədi daşıyır. Qızlar da dəbdəbəli avtomobilə sahib olan kişilərlə görüşməyi seçərlər. Çünki məktəbin çıxışında yoldaşlarının avtomobili görmələri özləri üçün bir etibar qaynağıdır. Birlikdə olduğu adamın evinin gözəl olması da yoldaşlarının bunu görüb təqdir etməsi baxımından əhəmiyyətlidir.
Münasibətlər sevgi və hörmətə bağlı deyildir. Münasibətlər davamlı boş vaxt keçirmək, gəzmək, yemək yemək, lovğalanmaq və qarşılıqlı faydalara əsaslandığı üçün bir müddət sonra mübahisələr və bezginlik əlamətləri görünməyə başlayır. Qızlar hər mübahisədə ağlayır, kişilər də əhəmiyyət verməyib laqeyd görünməyə çalışırlar. Bir-birlərinə sahiblənmələri, təzyiq etmələri və aralarındakı inamsızlıq mühiti sonralar sıxıntıya çevrilməyə başlayır.
Aralarında vəfa və sədaqət kimi anlayışlar olmur. İki tərəf də qarşısındakından daha gözəl və ya yaraşıqlı, daha varlı və məşhur birini tapdığında ilk fürsətdə özlərini tərk edəcəyini bilir və davamlı bunun narahatlığını yaşayırlar. Onsuz da hər fürsətdə bu mövzunu dilə gətirib, bundan təhdid ünsürü kimi istifadə edirlər. Qarşılıqlı hörmət bir müddət sonra yox olmağa başlayır. Bir-birlərini gözlərində böyütdüklərini, özlərinin sonda aciz bir insan olduqlarını zamanla dərk etdikləri üçün qarşı tərəfin ən kiçik acizliyində belə ondan soyuyur və ona olan sevgilərini itirirlər. Qarşı tərəfin yuxudan yeni oyanmış halı, tərləməsi, üzündə sızanaq çıxması, xəstələnməsi, ona qarşı sevgisinin azalmasına səbəb olur.
İctimai yerlərdə tez-tez bir-birlərini alçaldırlar. Xüsusilə axmaq mövqeyinə düşməmək üçün yoldaşlarının yanında ikən onu bəyənmədiyini ifadə edən, qüsurlarını ortaya çıxaran danışıq və gülüşlər tez-tez təkrarlanır.
Bütün bunlara baxmayaraq, daha yaxşı birisini tapa bilməmək qorxusu münasibətləri davam etdirir. Aradakı mübahisə və ayrılıqlara baxmayaraq, başqasını tapmadıqda barışırlar. Yaxşı-pis görüşdüyü birinin olması ətrafda tək başına görünməkdən daha yaxşıdır.
Ayrılanda birinci kimin tərk edəcəyi də çox əhəmiyyətlidir. Birinci özünün tərk etməsi üçün belə ayrılanlar çox olur. Arada mübahisə yaradıb naz etmək isə asan biri olmamaq baxımından çox əhəmiyyətlidir. Ayrıldıqdan sonra əgər barışsalar, alınan hədiyyə mühümdür. Çünki alınan hədiyyənin maddi dəyəri özünü nə qədər sevdiyini göstərir. Eşqbazlıq dövrü qızın da, oğlanın da şəxsiyyətlərinin, əxlaq dəyərlərinin, özlərinə hörmətlərinin yavaş-yavaş itməyə başladığı bir dövrdür. Nümayiş, maddiyyat, cinsiyyət, pessimizm və səmimiyyətsizlik üzərinə qurulan belə bir dövrün hər şeyi yeni öyrənib yetişməyə başlayan bir insanın üzərində sonrakı həyatına da təsir edən dağıdıcı və qalıcı təsirləri olur.
Bütün bu saydıqlarımız adamlıq dinində eşqbazlıq olaraq bilinən münasibət modelinin həqiqətdə nə cür boş və əzab verici olduğunu göstərir. Halbuki, kənardan baxan bir çox insan üçün eşqbazlıq dünyanın ən zövqlü, ən gözəl şeyi kimi görünür. Bu imic, xüsusilə mövzu ilə əlaqədar filmlər sayəsində meydana gəlmişdir. Sayı minlərlə olan bu filmlərdə eşqbazlıq iki insanı da son dərəcə xoşbəxt edən, insana həyatının ən gözəl anlarını yaşadan bir münasibət olaraq göstərilir. Lakin bu bəzəkli tablo həqiqətlərlə heç bir zaman uyğunlaşmır. Çünki adamlıq dinində digər bütün münasibətlər kimi, qadın-kişi münasibətləri də səmimi olmayan və mənfəət məntiqi ilə icra edilir. Hər iki tərəf qürur, lovğa, səmimiyyətsiz və etibarsız olduqları səbəbilə cansıxıcı əhvala düşürlər.
Bu, əslində, son dərəcə boş olan dünya həyatının insana bəzəkli göstərilməsinin nəticəsidir. Quranda dünya həyatının bəzəkli göstərildiyi tez-tez vurğulanır. İnsanları azdırmaq üçün qiyamətə qədər çalışacaq şeytanın da başlıca xüsusiyyəti insana dünyanı bəzəkli göstərməsidir. Şeytanın mövzu ilə əlaqədar vədi belədir:
(İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına əvəz olaraq and içirəm ki, mən də onlara (pis əməllərini) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!” (Hicr surəsi, 39)
İnsan ağlından istifadə etmədikdə şeytanın təsirinə düşür və dünyadakı boş, keçici və çətinlik gətirən şeylərin hiyləli bəzəyinə aldanır. Bu, eşqbazlıq və münasibəti üçün də əsasdır. Gənc qadın və ya kişi filmlərdə gördüyü, çevrəsindən öyrəndiyi romantik atmosferə düşür və eşqbazlıq etməklə dünyanın ən xoşbəxt insanı olacağını zənn edir. Halbuki, qısa müddətdən sonra ortada heç də düşündüyü kimi mükəmməl bir münasibətin olmadığını anlayır. Ancaq bu belə onu düşünməyə sövq etmir, artıq köhnə sevgilisindən sıxıldığını və yeni birini tapmağın lazım olduğunu düşünür. Ya da evliliyi gözündə böyük hədəf seçir və əsl gözəl günlərinin evləndikdən sonra başlayacağını düşünür. Və bu nöqtədə sonsuz bir dövrün içinə girir və ağlından istifadə etmədiyi üçün də ölənə qədər bunun içində qalır. Artıq o, Qurandakı “dünya həyatı kafirlər üçün zinətlənmişdir. (Bəqərə surəsi, 212)” ayəsinin əhatəsinə girmiş və “pis əməli özünə yaxşı göstərilib onu yaxşı görən”lərdən olmuşdur (Fatir surəsi, 8). Başqa bir ayədə isə sözügedən kəslərin vəziyyətləri belə bildirilir:
“Həqiqətən, axirətə inanmayanların əməllərini özlərinə yaxşı göstərdik. Onlar şaşqın bir vəziyyətdədirlər”. (Nəml surəsi, 4)
Dünyanın bəzəyi aldadıcıdır, çünki həqiqi və daimi deyil. Dünyadakı nemətlər ancaq axirətdəki nemətlərin əskik bir nümunəsi hökmündə yaradılmışdır. Və bu nemətlərdən həqiqi zövq almaq ancaq onları Allah`ın verdiyinin və axirətin əskik nümunəsi olaraq yaradıldığının başa düşülməsi ilə mümkündür. Dünyada rahatlıq və hüzur qazanmağın yeganə yolu yenə Allah`a yönəlməkdir. Çünki ayədə də bildirildiyi kimi, “... Bilin ki, qəlblər yalnız Allah`ı zikr etməklə aram tapar!” (Rəd surəsi, 28)
Adamlıq dininin mənsubları bunu qavraya bilmədikləri, Allah`ı unudub dünyanın keçici bəzəyini gerçək, möhkəm və əbədi sandıqları üçün yoldan azır və sıxıntıya düşürlər. Bir ayədə inkar edənlərin dünya həyatına aldanışı belə təsvir edilir:
Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O, öz əməlinin yanında ancaq Allah`ın cəzasını tapar. (Allah da) onun cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur surəsi, 39)
Bura qədər də araşdırdığımız kimi, adamlıq dininin meyarları içində yaşanan və Allah rizasından uzaq olan qadın-kişi münasibətinin ümid, xəyal və gözlənti baxımından uzaqdan bəzəkli, gözəl görünən bir ilğımdan fərqi yoxdur. Ancaq işin həqiqəti ilə qarşılaşanda bu gözlənti və xəyalların boş, dəyərsiz, sıxıntı və gərginliklərlə dolu olduğu aydın olur. Çünki təsvir edilən modeldə insanlar fitrətlərinə zidd şəkildə yaşayırlar. Həqiqətdə, insan Quranda bildirilən gözəl əxlaqdan və bu əxlaqın özünə göstərilməsindən məmnun olar. Səhv davranış, söz və hərəkət bu fitrətə zidd olduğu üçün hər insanı sıxır, narahat edir. Məsələn, Quranda bildirilən sevgidə mərhəmət, güvən və iltifat vardır. Adamlıq dinində hakim olan sevgidə isə qısqanclıq, mərhəmətsizlik və ümumiyyətlə, hörmətsizlik də var.
Bu sistem etina ediləsi deyil, əksinə, qaçılması gərəkən bir sevgi anlayışıdır. Doğru olan Allah`ın insanları yaratdığı fitrətlə hərəkət etmək, mərhəmət göstərmək və sevgi bəsləməkdir .
ADAMLIQ DİNİNDƏ EŞQBAZLIQ PSİXOLOGİYASI
(HÖRMƏTLİ ADNAN OKTARIN “KRAL KARADENİZ TV”dəki CANLI REPORTAJI, 30 yanvar, 2009)
ADNAN OKTAR: Belə ki, romantik olmağın özü gülməlidir. Bir insanın aktyor kimi poza verməsi, oyun oynaması, əsl üzünü gizlədib tamamilə süni mimika, üz ifadəsi, üslub və danışqla teatrda oyun nümayiş etdirirmiş kimi yaşaması, həm gülünc, həm də əzabdır. Belə insanla danışmaq da çox çətindir. Və mən insanların bir çox qisminin süni olduğunu görürəm. Yəni ağıllı bir insan sünilikdən tamamilə qaçar. Süni bir insana tamaşa etmək, onunla danışmaq çox narahat edicidir. Məsələn, bəzən qadınlarda da kişilərə qarşı elə davranışlar olur, kişilərdə də qadınlara qarşı süni davranışlar olur. Gənc oğlan qadın kimi ağlayır, anormal hərəkətlər edir, romantik danışır. Bu qadını çox hirsləndirir, narahat edir; qadının da süniliyi, sevmədiyi halda, sevirmiş kimi davranması. Bəzən varlı birini gördüyündə düzgün insandırsa, avtomobili də varsa, birdən vurulduğunu, həyatda ilk dəfə belə bir şeylə qarşılaşdığını, daha əvvəl belə bir şeyi heç hiss etmədiyini söyləyib o fağırı aldadaraq bir müddət sonra tam istədiyini edə bilir… Yəni işin doğrusu, dünyanın bir çox yerində insanlar böyük teatr göstərirlər. Bu teatrın bir çox oyunçusu var. Qarşılıqlı şəkildə bir çox oyun oynayırlar. Bu, doğru deyil. Axırzamanda hz. Mehdi (ə.s) dövründə bu teatr pərdəsi bağlanacaq və insanlar artıq gerçək insan olacaqlar, həqiqi sevgiylə yaxınlaşacaqlar, gerçək ağılı ortaya çıxaracaqlar, əsl üzlərini göstərəcəklər. Artıq maskalar qalxacaq. İnsanların böyük hissəsi maska ilə gəzir. Bu maskalar qalxacaq. Maskalara görə insanlar xoşbəxt deyil. Mən çölə çıxdığımda insanların bir çoxunu gülərüz görə bilmirəm, xoşbəxt görə bilmirəm. Çünki maska ilə qarşılaşıram. Əsl insan insanın xoşuna gəlir. Əsl sima insanın xoşuna gəlir. Maska insanı çox narahat edir. Sünilik insanı çox narahat edir.
Yəni gerçək bir çiçək vardır, məsələn, gerçək bir bənövşə vardır, bir də süni plastikdən hazırlanmış bənövşə vardır, satılır. İndi insanlar bir çox yerdə saxtalarından istifadə edirlər. Yəni o bənövşənin təqlidini etməyə çalışırlar, aşiq təqlidini etməyə çalışırlar, aşiq tərzində teatr sənətçisi kimi müəyyən şeylər etməyə çalışırlar, amma qarşısındakı insan bunu dərhal anlayır, yəni: “Nə üçün sevirsən”, -dediyində: “Avtomobili üçün, evi üçün və forması üçün”, -deyir. Orada onsuz da eşq adlı bir şeyin olmadığı məlumdur, çünki adamın görünüşü solmağa başladığında, zahirən bir şey olduğunda ondan nifrət edəcəyi və dərhal onu tərk edəcəyi bəllidir. Pulunun olmadığı vəziyyətdə də onu tərk edəcəyi məlumdur, avtomobilinin əldən çıxdığı vəziyyətdə də onu tərk edəcəyi məlumdur. O zaman bu oyuna nə ehtiyac var? Amma bəzi yazıq insanları belə aldadırlar, o da inanır, həqiqətən.
Kateqoriyalar