Adamlıq dinindəki ortaq psixologiya və davranış formaları

Adamlıq dininin həyat fəlsəfəsi və qaydaları Quran əxlaqına tamamilə zidd  olan batil bir  inancdan qaynaqlanır. Bu şeytani inanc insanın bütün həyatına hakim olan, cəmiyyətdə də təbii görünən bir düşüncə  tərzidir. Quranın bir çox yerində pis əxlaq modeli olaraq təsvir edilən davranış və hərəkətlər adamlıq dinini yaşayan kəslər tərəfindən çox vaxt üstünlük olaraq qəbul edilir.

Bu batil din qaydaların hakim olduğu bir həyat tərzidir. Cəmiyyət böyük qismi atalarından miras qalmış bəzi qaydalara sahibdir. Bu qaydalar isə: ““Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik!” – dedilər. (Zuxruf surəsi, 23)” - deyən inkarçı cəmiyyətlərə bənzər şəkildə, sanki ilahi bir hökm kimi qorunur.

Bu qaydalardan kənara çıxmaq elə də asan olmur. Yemək  mədəniyyətindən, yatmaq vaxtlarına, sevgi və hörmət göstərmək tərzindən, dost seçiminə, qonaq qəbul etmə qaydasına qədər, həmişə daha əvvəldən təyin olunmuş qaydalara görə yaşayırlar. Bu batil dini seçən hər kəs cəmiyyətin böyük əksəriyyəti tərəfindən qəbul edilən ortaq bir üslubu və davranışı mənimsəmək məcburiyyətindədir. Hətta bu davranışları ustalıqla icra etmələri  üstünlük  olaraq qəbul edilir. Seçimlər Allah`ın razılığına görə deyil, adamlıq dininin qoyduğu haqq olmayan ölçülərə görə edilir. Bu düzgün  olmayan yanlış anlayış adamlıq dininə tabe olanlarda xarakter və davranış pozuntularına səbəb olur. Aşağıda bunların ən çox nəzərə çarpanlarını əsas başlıqlarla araşdıracağıq.

Mövzunun ardına keçid >>