Adamlıq dininin cəmiyyətə aşıladığı ən mühüm təlqinlərdən biri də insanların qadın və ya kişi olduqlarına görə, yenə bu dinin müəyyən etdiyi bəzi fərqli və qəribə xüsusiyyətlərini mənimsətməsidir. Halbuki, möminlər arasında xüsusiyyət cinsiyyətə görə dəyişməz. Yeganə və ortaq olan ideal mömin ruhu vardır. Adamlıq dinində isə adamın xüsusiyyəti qadın və ya kişi olmasına görə, süni bir istiqamətlə və ictimai təlqinlə dəyişir.
Qadınlar adamlıq dini cəmiyyətinin güclü təlqini nəticəsində olduqca zəif xüsusiyyət qazanmış və bacarıqsız adını almışlar. Cəsarət, ağıl, dözümlülük, çeviklik, zəka, bacarıq, çətinlik və çətinliklərə qarşı möhkəm olmaq kimi xüsusiyyətlər adamlıq dininin qadına təsis etdiyi rolda yeri olmayan, olsa belə, həmişə zəif və əksik olan xüsusiyyətlərdəndir. Bütün bu xüsusiyyətlərin kişidə olmasının lazım olduğuna dair həm kişilərdə, həm də qadınlarda ön mühakiməli bir razılıq vardır. Qısqanclıq, naz, şikayət, acizlik, həyəcan kimi ünsürlər isə həmişə qadın göstəriciləri olaraq müəyyən olunmuşdur.
Adamlıq dini qadın ruhunu qadınlara acizlik, ağılsızlıq, cahillik, saf və bacarıqsızlıq olaraq yaşadır. Qadın bu dinin yanlış qaydaları istiqamətində özünü bu görünüşə salır və bu ruhu yaşamaq zərurətini istər-istəməz qəbul edir. Özü üçün müəyyən edilən bu əhval onda bütün rəftar və davranışları ilə fərqli bir şəxsiyyəti meydana gətirir. Bu ruhi və psixoloji zəifliyin onun qadın olmasının gərəyi olduğu və bunun təbii olduğu yanlışlığı şüura yeridilmişdir. Cəmiyyətin qazandığı ağılsızlıq, cəhalət, bacarıqsızlıq rolunu mənimsəyən qadın zamanla, həqiqətən, ağılsız, bacarıqsız və cahil hala düşür.
Bu batil dinin müəyyən etdiyi anlayışa görə, qadının ancaq onu qadın edən xüsusiyyətləri ön plana çıxa bilər. Ağıl və əxlaq gözəlliyinin yerinə üz və bədən gözəlliyi, cazibədar olması, baxımlı və emosiyalı olması kimi... Özlərinin cəmiyyətin ən mədəni, ən müasir qisminə aid olduğunu düşünürlər və beləcə, bu qaydaya riayət edirlər.
Bu çirkin məntiqlərlə adamlıq dininin özünə məxsus yanlış ədəb və əxlaq qaydaları da müəyyən edilir.
Adamlıq dininin qadınlar üçün təyin etdiyi xüsusiyyətlərin ən birincisi düşünməməkdir. Bu səbəblə, bu batil inancı mənimsəmiş bir qadın zehnini heç bir mövzuda işlətməyə ehtiyac duymaz. Başqalarının düşüncələrindən istifadə etməklə yaşayar. Heç bir mövzuya həll gətirməz, ona təqdim edilən həlləri tətbiq edər. Məsələn, əgər ailəsi maddi baxımdan çətin vəziyyətə düşərsə, bunun həllini ərinə buraxar. Özü isə hansı işin özlərinə daha faydalı olacağını və dolanışığı təmin etmək üçün hansı yolu seçməyin lazım gəldiyi kimi mövzularda heç düşünməz. Yalnız yoldaşını evə pul gətirmədiyi üçün günahlandırıb özünü bundan tamamilə kənarda tutar.
Adamlıq dinindəki qadın xarakterinin başqa bir xüsusiyyəti də inkişafa və irəliləməyə qarşı qapalı olmasıdır. Buna görə, bir çox qadın mədəniyyət, ədəb, qabiliyyət, təcrübə artırmaq üçün səy göstərməyə ehtiyac duymaz. Dolayısilə də, elmi inkişafları, texnologiyanı, iqtisadiyyatı, siyasəti izləməz. Düşündüyü təkcə fiziki görünüşü və ya öz peşəsi ilə əlaqəli mövzulardır.
Hətta adamlıq dinində inanc belə qadına hazır şəkildə təqdim edilir. Evlənəcəyi adamın inancı hansı istiqamətdə olarsa, özünü ona görə hazırlayır. Əgər evlənəcəyi adam dindar olarsa, dinlə maraqlanmağa başlayır; əgər evlənəcəyi adam iman etmirsə və ya Allah`ın əmrləri mövzusunda zəif davranırsa, qadın da vicdani olaraq Allah`ın varlığını bilsə belə, yoldaşı kimi yaşamağa başlayır. Evlənəcəyi adamın məntiqini, dünyagörüşünü, zövqlərini, dəyər mühakimələrini hazır model olaraq tamamilə mənimsəyir və buna görə həyatına davam edir. Bu səbəblə, adamlıq dinini yaşayan bir çox qadının özünə aid doğru-yanlış anlayışı olmaz. Ya ərinin, ya rəfiqələrinin, ya da ata-anasının dəyər mühakimələrini mənimsəyib özlərinə bir yol seçirlər.
Bu şeytani dini yaşayan qadınların həyatlarını davam etdirmələri üçün mütləq dəstəyə və qorunmağa ehtiyacları vardır. Əksəriyyətinin ətrafdakı zəif, çarəsiz insanları qoruyan, onların haqqını müdafiə edən və onların adına mübarizə aparan fəaliyyətləri yoxdur. Heç kimi qorumaz, amma özü qorunar. Heç kimlə maraqlanmaz, ancaq onunla maraqlanarlar. Heç kimə görə mübarizə aparmaz, ancaq onun rahatlığı üçün mübarizə aparanlar olur.
Qorxaqlıq da bu batil dinin qadın xüsusiyyətinin bir parçasıdır. Bir çox qadın, əslində, heç qorxmadığı vəziyyətlərdə belə sırf qorxurmuş kimi reaksiya verməli olduğuna inandığı üçün qışqırır, şişirdilmiş hərəkətlərlə üzünü örtür və ya həyəcanlanmış kimi görünür. Məsələn, qorxulu kinoya gedən bir qadın kinodan heç təsirlənmədiyi halda, çox qorxurmuş kimi hərəkətlər edir. Əslində, qorxulu olmayan, bir uşağın belə cəsarətlə qarşıladığı hadisələr qarşısında qışqırır, ani və sərt reaksiyalar verə bilir. Çünki cahiliyyə cəmiyyətində qorxunun qadına yaraşdığı və ya qadın olmağın bir gərəyi olduğu inancı vardır. Halbuki, Allah`dan başqa qorxulacaq heç bir varlıq və ya hadisə yoxdur. Bu həqiqətin mahiyyətini dərk etmək və (fiziki reflekslərin xaricində) ürəkdən tətbiq etmək bütün insanların üzərində bir məsuliyyətdir.
Cahiliyyə cəmiyyətinin qadın üçün təyin etdiyi bu xüsusiyyətin başqa tərəfi isə daha əvvəl də ifadə etdiyimiz kimi, qabiliyyətsizlikdir. Bir çox qadın kiçiklikdən etibarən qabiliyyətsiz olduğu inancı ilə yetişdirilir. Bu səbəblə də əl bacarığı zəif olar və heç bir şəkildə bu mövzuda özünü inkişaf etdirməyə ehtiyac duymaz. Məsələn, adamlıq dinində bir qadının elektronika alətinin necə təmir edildiyini öyrənməməsi və ya kompleks bir alətin necə işlədiyini anlamaması son dərəcə təbii görünür. Yaxud da partlayan rezin şini dəyişdirə bilməməsi, əl bacarığı tələb edən bir çox işdə müvəffəqiyyətli ola bilməməsi də məqbul qarşılanır. Halbuki, bu, tamamilə adamlıq dininin qadınlara yaraşdırdığı süni bir xüsusiyyətdir. Bir çox qadın, əslində, son dərəcə bacarıqlı və praktik olduğu halda, yalnız bu təlqinlə özünü qabiliyyətsiz olduğuna inandırdığı üçün bu cür işləri bacarmaz. Təbiidir ki, fiziki gücündən artıq işləri görməməsi normaldır, amma bunun xaricində qalanlar tamamilə aldığı təlqinin bir nəticəsidir.
Adamlıq dininin qadına olan baxışı son dərəcə hörmətdən salıcıdır. Çünki adamlıq dinində qadın kiçiklikdən etibarən “yaxşı yemək hazırlamağı öyrənə bilməsən, oxumasan, heç kimlə evlənə bilməzsən; baxımlı olmalısan ki, evdə qalmayasan” kimi təlqinlərlə böyüdülür. Ailələr qızlarını xüsusi məktəblərə göndərərkən, ədəb öyrədərkən, kitab oxumağı, bir musiqi alətini çalmağı və ya sənətlə maraqlanmağı tövsiyə edərkən tək düşündükləri şey yaxşı evlilik qurmasıdır. Bu səbəblə, kiçiklikdən etibarən özünü bu gözlə görməyə alışmış gənc bir qız böyüyəndə də mütləq bütün xüsusiyyətlərinin maddi olaraq qarşılanmasını istəyir. Buna görə də pul həmişə bu tip qadınlar üçün birinci dərəcəli olur. Sahib olduqları xüsusiyyətləri maddi olaraq qarşılaya bilməyən birisiylə əsla birlikdə olmaq istəməzlər. Belə olduqda isə öz ifadələri ilə desək, istifadə edildiklərini düşünürlər. Buna görə, əgər adamlıq dinini yaşayan bir qadının yoldaşı kifayət qədər maaş ala bilmirsə, bu, mütləq mübahisə mövzusu olur. Özünə yaxşı baxa bilmədiyini, başqa birisinə ərə getmək imkanı olduğu halda, onunla evləndiyini və ya belə birisi ilə evlənib həyatını məhv etdiyini deyib, yaxşı dəyər verilmədiyini ifadə edir. Buna görə, adamlıq dini evliliklərində pul mövzusu mütləq problem sayılır.
Quranda cahiliyyə qadın xüsusiyyətinin fitnəkar və plançı olduğundan da bir çox ayədə bəhs edilir. Hz. Yusifi fitnələri ilə həbsə atdıran qadının etdikləri üzərinə endirilən bir ayədə din əxlaqından uzaq yaşayan qadınların bu yönünə belə diqqət çəkilir:
(Qadının əri Yusifin) köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu, sizin məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!” (Yusif surəsi, 28)
Cəmiyyət içində də sözlə bilinən qadın fitnəsi qarşıdakı insanı aldatmağa və ikiüzlülüyə əsaslanır. Ancaq adamlıq dini qadın fitnəsini qanuni hala gətirən bir model meydana gətirmişdir. Məsələn, kişini yumşaltmaq üçün qadının özünə saf və günahsız görünüş verməyə çalışması və ya etdirmək istədiyi bir şey olduğunda gözləri dolaraq ağlamağa başlaması… Qısqandığı bir qadın haqqında pis fikirlər söyləməsi, tərifləyirmiş kimi danışıb, əslində, tənqid etməsi kimi… Qarşı tərəfin üstünə düşməsi və bilavasitə özünü qiymətli göstərmək üçün soyuq və laqeyd davranması, özü istəmədiyi halda, sanki kimsə onunla maraqlanırmış kimi görünməyə çalışması, xüsusilə telefonla zəng vurmaması, hal-əhval tutmaması, şən və ünsiyyətcil olmaması kimi taktikalar da adamlıq dininin qadın fitnələridir. Bir gənc qızın oğlan dostunu qısqandırmaq üçün digər oğlan dostları ilə daha çox görüşməyə başlaması, ətrafındakı oğlanlarla daha çox ünsiyyətdə olması, heç maraqlanmadığı bir insanla maraqlanırmış kimi davranması, uşaqlıqdan öyrəndiyi bu qadın fitnələrinin bir hissəsidir.
Adamlıq dininin qadın xüsusiyyəti hiyləgərlik üzərinə qurulmuşdur. Buna görə, bu inancla yetişdirilmiş bir qadın zahirən gözüyaşlı, günahsız, yumşaq insan görünüşündə olarkən daxilən çox zalım biri ola bilər. Məsələn, maddi çətinlik içindəki yoldaşından tətilə getmək məqsədilə pul almaq üçün göz yaşlarını tökər. Və ya bahalı bir paltar almaq üçün naz edər, mübahisə yaradar. Zahirən çox həssas bir insan kimi görünərkən, əslində, çətin vəziyyətdə olan bir insana öz mənfəəti və rahatlığı üçün daha da əziyyət verib son dərəcə zalım davranar.
Adamlıq dinində qadınların bir-birləri ilə əlbir olub ərlərini necə idarə edə biləcəklərinə dair planlar qurmalarına da çox rast gələ bilərsiniz. Halbuki, bu, tamamilə şeytani bir davranışdır. Bir-birlərindən öyrəndikləri taktikalarla yoldaşlarını müəyyən mövzularda idarə edərlər. Bu mövzuda biri digərinə tövsiyələr də verər. Məsələn, “axşam ən sevdiyi yeməyi hazırla, gülərüz ol, sevdiyi verilişə baxarkən almaq istədiyin paltarın qiymətini de”, “əvvəl bir çay ver, siqaretini yandır, ordan-burdan danış, hirsi soyuduqdan sonra mövzunu açarsan” kimi tövsiyələr qadınların ərləri üçün qurduğu taktikalardır. Və ya “qısqandırmaq istəyirsənsə, bəzən çıx küçəyə və gec gəl”, “sözünə baxmağını istəyirsənsə, çox üz vermə”, “nə qədər diqqət göstərsən, o qədər tez soyuyar, unutma” kimi səmimi olmayan tövsiyələr qadınların bir-birlərinə öyrətdiyi fitnələr arasındadır.
Halbuki, adamlıq dini insanları fiziki xüsusiyyət və fərqliliklərinə görə başqa xasiyyət və psixologiyaya yönləndirərkən Quranda təsvir edilən din bunun tam əksinə, insanları qadın-kişi fərqi güdmədən tək və mükəmməl bir xüsusiyyətə, ideal şəxsiyyət quruluşuna və üstün əxlaq anlayışına yönəldir. Qadın və kişilərə ayrı-ayrılıqda yönələn fərqli əxlaqi və psixoloji modellərin Allah`ın dinində yeri yoxdur. Quranda iman edən kişilər və iman edən qadınların -adamlıq dininin tam əksinə- tək, ortaq və ideal olan mömin əxlaq və xüsusiyyətinə sahib olduqlarını bildirilir:
Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allah`a) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini qoruyub saxlayan kişilər və qadınlar və Allah`ı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat hazırlamışdır! (Əhzab surəsi, 35)
Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allah`a və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə surəsi, 71)
Yuxarıda da ifadə etdiyimiz kimi, qadınlarla kişilər arasında fiziki fərqliliklərdən irəli gələn bəzi ictimai əmək bölgüsü, məsuliyyət bölgüsü kimi tənzimləmələr ola bilər. Ancaq bunda nəzərdə tutduğumuz hamının bildiyi kimi -və əslində, tamamilə adamlıq dininin təlqinindən ibarət olan- qadının yemək bişirib qab-qacaq və paltar yuması və s. növündən olan ayrı-seçkiliklər deyil. Çünki İslam dini bu mövzularda qadına yüklədiyi xüsusi məsuliyyət yoxdur. Allah qadınla kişi arasında ayrı-seçkiliyin olmadığına belə diqqət çəkmişdir:
Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allah`dan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!” (Ali-İmran surəsi, 195)
Nəticə olaraq, kişi və qadının öz aralarında razılaşaraq hər cür işi təşkil etmələri ən ağıllı həlldir.
Bunun xaricində, qadınların fiziki güclərindən artıq ağır işlərdə çalışması xüsusi zərurət olmadıqca, təbii ki, uyğun deyil. Ancaq bunu qadınların aciz, köməyə möhtac, əksik varlıqlar olduğu şəklində izah edib onların bu xüsusiyyətə bürünmələrini təlqin etmək tamamilə Qurandan kənar zehniyyətin məhsuludur. Bu da adamlıq dininin zehniyyətidir və fiziki yöndən daha zərif yaradılmış qadının zəif olmasının lazım olduğuna yönəlir və bilavasitə bir çox təlqini içində saxlayır. Halbuki, qadın və kişi arasında fiziki cəhətdən qaynaqlanan əzələ gücü fərqliliyinin xaricində başqa bir fərq yoxdur. Qadın da, kişi də Allah qatında eyni məsuliyyətə malikdir və sorğuya çəkiləcək.
Adamlıq dininin qadınlara təqdim etdiyi bu acizlik modeli son dərəcə normal, sağlam və ağıllı hərəkət edə bilən bir qadını yazıq mövqeyinə salır. Bu acizlik yavaş-yavaş xarakterə keçir.
Bu səbəblə, adamlıq dininin qadını mömin qadınlara məxsus olan zadəgan, şəxsiyyətli və ağıllı davranış və görünüşdən son dərəcə uzaqdır. Bu dinin şəkilləndirdiyi qadın xüsusiyyəti Qurana görə, mömin kişi və qadının çəkinməli olduğu şəxsiyyətsizlik və anormallıq kimi bütün davranışları özündə cəmləşdirir.
Kateqoriyalar