Adamlıq dinindəki ortaq psixologiya və davranış formaları

14- Adamlıq dinində mübahisəçi üslub

Adam olmağın əsaslarından biri də mübahisəçi olmaqdır. Çünki mübahisədə  udmaq adamlıq dinində çox mühüm  etibar mövzusudur. Adamlıq dininə görə, qalib tərəf olmaq ağılın, gücün və ya xarakter üstünlüyünün əlamətidir. Məğlub olmaq isə zəiflik əlamətidir. Buna görə, insanlar hər hansı bir fiziki mübarizə və ya mübahisə mühitində haqsız da olsalar, mütləq üstün gəlmək üçün əllərindən gələni edərlər. Mübahisənin başqa bir əhəmiyyətli tərəfi isə şəxsiyyəti müəyyən etməsidir. İnsan xoşuna gəlməyən bir vəziyyətdə qarşısındakına kobud münasibət göstərə bilirsə, adamlıq dininə görə bu, onun güclü xarakterə sahib olduğunu göstərir. Bu səbəbdən, dini yaşamayan insanlar arasında tez-tez  mübahisələrə rast gəlmək mümkündür.

İnsanların ən çox mübahisə etdiyi yerlərdən biri nəqliyyatdır. Buna görə də adamlıq dininin minlərlə əlamətini görə bildiyimiz yerlərdən biri nəqliyyatdır. Yolda cəmi 10-15 dəqiqə avtomobildən istifadə etməklə adamlıq dinini yaşayan yüzlərlə insanın hrərkətlərinə rast gəlmək mümkündür.

Məsələn, insanlar nəqliyyatda ətrafındakı insanları alçaldır və onlara dəyər vermədiklərini göstərmək üçün əllərindən gələni edirlər. Bir-birlərinə yol vermirlər. Hətta əgər arxalarında siqnal verən və ya  maşının işıqlarını yandıran olarsa, bunu qürurlarına sığışdırmır və tələsərkən  belə xüsusilə ağır hərəkət edirlər. Ətrafdakı sürücüləri tənqid edir, tez-tez avtomobilin içində qışqırırlar. Taksiyə və ya birinin avtomobilinə mindikdə tez-tez “nə edirsən, korsan? Önünə bax, biz də tələsirik, təkcə sənsən tələsən?” kimi sözlər eşidər və bu sözlərə uyğun mimikalar görərsiniz.

Nəqliyyatda ən böyük mübahisələr və bilavasitə ən şiddətli adamlıq dini reaksiyaları da qəza əsnalarında görünür. Yolda toqquşan iki avtomobil olduqda hər iki sürücünün də günahı bir-birinə atdığını görərsiniz. Yol polisi hadisəyə müdaxilə etmədiyi müddət boyu günahkar olan tərəf böyük ehtimalla öz günahını qəbul etmir. Ümumiyyətlə, belə qəzalarda hər iki tərəf əsəbi davranmağa başlayır. Qışqıraraq qarşı tərəfi əzməyə çalışır, əgər bunda müvəffəqiyyətli ola bilmirsə, əsəbindən dəli olubmuş kimi davranmağa  başlayır. Bununla, qarşı tərəfi qorxudacağını və haqsızlığını qəbul edəcəyini düşünür. Əgər bu da bəs etmirsə, qalibiyyətini sübut etmək üçün qarşısındakına əl qaldırır.

Bu hallarda insanların, həqiqətən, özlərini idarə edə bilmədikləri üçün mübahisə etdikləri düşünülür. Halbuki, belə davranışların hamısı adamlıq dininin tələbi olaraq və incəliyinə qədər planlı şəkildə edilir. Qəza törədənlərin avtomobillərindən enərkən istifadə edəcəkləri səs tonundan mimikalarına və hətta söyləyəcəkləri sözlərə qədər hər şey hafizələrində  əzbərlənmişdir. Qəza olduqda avtomatik olaraq əzbərlədikləri bu qaydaları tətbiq etməyə  başlayırlar. Beləliklə, dünyanın hər yerindəki bu ortaq  mimika və davranışları adamlıq dininin əsası  olaraq yerinə yetirmiş olurlar.

Mövzunun ardına keçid >>